AZ | RU | EN
Ana səhifə / Xidmətlər / Çoxdilli Saytlar
Bazar genişlənməsi və düzgün struktur

Çoxdilli Saytlar

Müxtəlif dillərdə eyni keyfiyyətdə işləyən sayt quraraq brendinizi yeni auditoriyalara daha inamlı təqdim edirik.

Hreflang uyğunluğu Təmiz URL strukturu Dillərarası keçid
Çoxdilli sayt illüstrasiyası

Çoxdilli sayt yalnız tərcümə olunmuş mətndən ibarət deyil. Hər dilin strukturu, navigasiyası, meta sahələri və istifadəçi gözləntisi fərqlidir.

Emblem.az çoxdilli layihələrdə texniki SEO, URL planı və istifadə rahatlığını birlikdə həll edir ki, sayt sonradan idarəolunmaz hala düşməsin.

Nə edirik

Dil versiyalarını ayrıca səhifələr kimi yox, bir-biri ilə əlaqəli vahid sistem kimi qururuq.

Dil memarlığı

Hər dil üçün URL strukturu, menyu və səhifə xəritəsi aydın şəkildə planlaşdırılır.

SEO uyğunluğu

Canonical, hreflang və daxili linklər düzgün qurularaq dil versiyalarının bir-birinə mane olması qarşısı alınır.

Kontent uyğunlaşdırması

Mətnlər yalnız çevrilmir, hədəf auditoriyanın üslubuna və niyyətinə uyğunlaşdırılır.

Kimlər üçün uyğundur

Bu xidmət regional və ya beynəlxalq auditoriya ilə işləyən bizneslər üçün xüsusilə uyğundur.

  • AZ bazarı ilə yanaşı rus və ingilis dilli auditoriyaya çıxmaq istəyən şirkətlər
  • Beynəlxalq tərəfdaş və investorlar qarşısında etibarlı təqdimat istəyən brendlər
  • Birdən çox regionda reklam və satış aparan bizneslər
  • Müxtəlif dillərdə xidmət və məhsul portfeli təqdim edən komandalar

İş prosesimiz

1

Dil planı

HansI dillərin hansı səhifələrdə necə təqdim olunacağı və menyu strukturu müəyyən edilir.

2

Kontent uyğunlaşdırması

Başlıqlar, CTA-lar və xidmət təsvirləri hər dil auditoriyasına uyğunlaşdırılır.

3

Texniki yoxlama

Hreflang, canonical və dillərarası linklər tam uyğunluq üçün yoxlanılır.

Nəticədə nə əldə edirsiniz

Nəticədə sayt həm istifadəçi, həm də axtarış sistemləri üçün daha aydın və peşəkar görünür.

Hər dil üçün təmiz və başa düşülən səhifə strukturu
Dillər arasında problemsiz keçid
SEO üçün uyğun dil əlaqələndirməsi
Genişlənə bilən çoxdilli baza
Kontent idarəçiliyində daha az qarışıqlıq

Niyə Emblem.az

Çoxdilli layihələrdə əsas risk sonradan qarışıq struktur yaranmasıdır. Biz bunu əvvəlcədən aradan qaldırırıq.

  • Hər dil üçün ayrıca biznes məntiqini nəzərə alırıq
  • URL, meta və daxili linkləri gələcək böyüməyə uyğun qururuq
  • Dil keçidini yalnız vizual yox, məntiqi rahatlıq kimi həll edirik
  • Eyni xidmətin müxtəlif dillərdə kommersiya tonunu qoruyuruq
Bloq

Faydalı məqalələr

Bu xidmətlə bağlı məqalələr avtomatik seçilir və həm istifadəçi qərarını, həm də SEO daxili linkləmə strukturunu dəstəkləyir.

Bütün məqalələr
Qərar verməyə kömək edən FAQ

Tez-tez verilən suallar

Aşağıdakı suallar bu xidmət üzrə ən çox verilən kommersiya və proses suallarını əhatə edir.

Yeni dil əlavə etmək sonradan mümkündürmü?

Bəli. Struktur düzgün qurulubsa, yeni dil əlavə etmək daha asan və təhlükəsiz olur.

Bütün dillərdə eyni kontent olmalıdır?

Əsas məna qorunur, amma təqdimat və vurğular auditoriyaya görə dəyişə bilər.

Hreflang niyə vacibdir?

Hreflang axtarış sistemlərinə hansı səhifənin hansı dil auditoriyası üçün nəzərdə tutulduğunu göstərir.

Çoxdilli sayt SEO baxımından çətindir?

Düzgün planlanmasa çətindir. Yaxşı arxitektura ilə isə çoxdilli sayt ciddi üstünlüyə çevrilə bilər.

Qiymət necə formalaşır?

Qiymət layihənin həcmi, səhifə sayı, funksionallıq, çoxdillilik və xüsusi inteqrasiyalara görə formalaşır. Xidmət səhifəsindəki başlanğıc məlumatlar istiqamət verir, yekun həcm isə razılaşdırılır.

Hissəli ödəniş mümkündürmü?

Bəli, layihədən asılı olaraq hissəli ödəniş mümkündür. Kampaniya qiymətləri yalnız tam ödəniş üçün keçərlidir, hissəli ödəniş seçildikdə standart paket və ya razılaşdırılmış standart qiymət tətbiq olunur.

Layihə təhvilindən sonra dəstək ala bilərəmmi?

Bəli. Saytın növündən və ehtiyacdan asılı olaraq texniki dəstək, yeniləmə və sonrakı inkişaf üçün əməkdaşlıq davam etdirilə bilər.

Bu səhifəni başqa dildə oxuyun: AZ | EN | RU

Brendinizi daha geniş auditoriyaya çıxaraq

Çoxdilli sayt quruluşunu qarışıq yox, idarə olunan sistem kimi planlamaq üçün bizimlə danışın.